İspaniya millisinin üzvü İngiltərə klubunda

15:49 - 28 Yanvar 2026

"Vest Hem" İspaniya millisinin futbolçusu Adama Traorenin transferini açıqlayıb. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı vinger "Fulhem"dən ayrılaraq hazırkı komandasına keçib.

Transferin maliyyə detalları açıqlanmayıb.

Qeyd edək ki, Traore əvvəllər də "Aston Villa”, "Barselona", “Midlsbro”, “Vulverhempton” və “Fulhem” klublarının formasını geyinib. 

Xəbər xətti