"Beşiktaş"ın futbolçusu "Aston Villa"da - RƏSMİ

23:15 - 27 Yanvar 2026

Temmi Abraham İngiltərə Premyer Liqasına qayıdıb.

Sportal.az xəbər verir ki, hücumçunun transferini "Aston Villa" rəsmən açıqlayıb. "Beşiktaş" forvard üçün 21 milyon avro əldə etdiyini bildirib.

Qeyd edək ki, ingilis futbolçu "Roma"dan keçiddən sonra Türkiyədə yarım mövsüm çıxış edib. O, çempionatda keçirdiyi 18 oyunda 7 qol vurub.

Xəbər xətti