Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ

16:53 - 26 Yanvar 2026

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Coşqunə Əliyeva karyerasını Türkiyədə davam etdirəcək.

Sportal.az xəbər verir ki, bu barədə milli komandanın rəsmi mətbuat xidməti səhifəsi məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi "Qaziantep" klubuna transfer olunub.

Qeyd edək ki, Coşqunə Əliyeva son olaraq "Neftçi"də çıxış edib.

Xəbər xətti