"İnter" dünya ulduzunun oğlu üçün 18 milyon avro ödəməyə hazırdır

23:41 - 24 Yanvar 2026

"İnter" Robinyo Juniyora maraq göstərir.

Sportal.az "ESPN"ə istinadən xəbər verir ki, Milan klubu uzun müddətdir "Santos"un vingerini izləyir və yanvarda onun üçün 18 milyon avro ödəməyə hazırdır. Lakin braziliyalılar hələlik futbolçunun ayrılmasını istəmir. 18 yaşlı oyunçu özü də klubda qalmaq niyyətindədir.

Qeyd edək ki, Robinyo Junior, Braziliya millisinin sabiq hücumçusu Robinyo­nun oğludur. O, "Santos"un əsas komandasında 19 oyunda iştirak edib.

Xəbər xətti