"Mənə deyirdilər ki, futbol kişi məşğuliyyətidir, amma bunun səbəbini heç kim izah etmirdi"

23:01 - 8 Mart 2026

Qadınlardan ibarət Braziliya millisinin sabiq futbolçusu Sissi qadın futbolunun inkişafı barədə danışıb.

Sportal.az xəbər verir ki, o, bildirib ki, uşaqlıq dövründə qadın futbolunun demək olar ki, heç bir perspektivi yox idi:

“1967-ci ildə mən doğulanda bu barədə heç kim danışmırdı və heç kim belə bir şeyin xəyalını qurmurdu. Qadın futbolunun heç bir perspektivi yox idi. Mən həm də o vaxt çox kiçik şəhər olan Esplanadadanam. O dövrdə qadın futbolu qadağan olunmuşdu, amma atamın oynadığını izləyəndə bu oyun mənə xoş gəlməyə başladı. Yeddi yaşım olanda peşəkar futbolçu olacağım heç ağlıma da gəlmirdi, bu sadəcə uşaqların oyunu idi.

Mənə deyirdilər ki, futbol oynaya bilmərəm, çünki bu kişi məşğuliyyətidir, amma bunun səbəbini heç kim izah etmirdi. Mən bunu qəbul etmirdim. Həmişə üsyankar olmuşam və ailəmlə mübahisə etməyə başladım. Mən futbol oynamaq istəyirdim və məhz o vaxt futbola olan sevgim başladı. Amma futbolun məni hara aparacağını heç təsəvvür etmirdim,” – deyə Sissi bildirib.

Xəbər xətti