Son "Qarabağ" - "Sabah" (3:3) matçı hər mənada diqqətçəkən oldu. "Sabah"ın möhtəşəm oyunu, qapısında 3 qol görən "Qarabağ"ın geridönüşü, qonaq komandanın məşqçisinin qeyri-etik jesti, bir-birinə girən tərəflər, üzrxahlıq, lider klubun prezidenti Maqsud Adıgözəlovdan Qurban Qurbanova ismarıc...
Bir də bütün bu yaşananların fonunda arxa plana keçən hakim idarəçiliyi. Əslində, Tural Qurbanov pis hakimlik etmədi. Sonunu da gətirə bilsəydi, "yaxşı" qiymət də ala bilərdi. Lakin bir yanlış qərarı bütün işinə kölgə saldı. Məlum dava-dalaş səbəbindən 6 dəqiqə dayanma (red: 84-90-cı dəqiqələr arası), 2-ci hissədə vurulan 5 qol, əvəzetmələr, zədələr və s. Tural Qurbanov cəmi 6 dəqiqə artırdı. Halbuki, itirilən vaxtı 10-11 dəqiqə dəyərləndirməsi lazım idi. "Qarabağ" tərəfdarları bu gün də o fikirdədilər ki, hakim daha bir qol vurulmasın deyə, matçı tələm-tələsik bitirib.
Dünən yenə "6 dəqiqə" müəmması ilə üzləşdik. Bu dəfə hakimimiz "barıtı" az yox, əksinə, çox eləyib. "Neftçi" - "Turan Tovuz" matçında cəmi 1 qol vurulub, VAR-a heç bir müraciət edilmədiyi halda, baş hakim Əliyar Ağayev əsas vaxta 6 dəqiqə əlavə edib. Halbuki, dayanmaları çox olmayan matçda 3-4 dəqiqə ilə kifayətlənmək mümkün idi.
Belə görünür ki, hakimlərimizin artırılmış vaxtı müəyyənləşdirməklə bağlı ciddi problemləri var. Yoxsa ki birinin elə, birinin belə davranmasına başqa ad vermək çətindir.
Fikrət
saytlarin hazirlanmasi
