"Turan Tovuz"un qapıçısı Sergey Samok Sportal.az saytına açıqlama verib. Bölgə klubunun rusiyalı qolkiperi komandasının Misli Premyer Liqasının 23-cü turunda səfərdə “Neftçi” üzərində qalibiyyətini şərh edib:
"Çətin oyun idi. Həm bizim, həm də "Neftçi"nin qol şansı az idi. Rəqib ilk hissədə cinahlardan çoxlu ötürmələr etsə də, müdafiəçilərimiz bunun qarşısını aldı, işinin öhdəsindən gəldi. Qələbə qələbədir və bu, həmişə sevindiricidir. Əlbəttə ki, bu, 3-cü yer üçün vacib addım idi. "Neftçi" yaxşı komandadır və 10 xaldan çox üstünlüyə baxmayaraq, bizə çatmaq şansları var idi. Amma rahatlaşmamalıyıq, qarşıda çox oyun var".
Samok, komandasının mövsümün vacib hissəsində əldə etdiyi uğurlu nəticələr haqda isə bu cür danışıb: “Qol buraxmırıqsa, bu, artıq yaxşıdır. Təbii ki, bu, təkcə mənim deyil, bütün komandanın əməyidir. Rəqiblərin zərbə endirməsinə imkan vermədikləri üçün müdafiəçilərə təşəkkür etmək lazımdır”.
Mirbağırağa
saytlarin hazirlanmasi
