Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə "Qran-pri" turnirinə yekun vurulub.
Sportal.az xəbər verir ki, Azərbaycan komandası yarışda 4 medal qazanıb.
Ruslan Paşayev (66 kq) qızıl medalla yarışın qalibi olub.
Vüsal Qələndərzadə (81 kq) gümüş, Ömər Rəcəbli (81 kq) və Camal Qamzatxanov (100 kq) isə bürünc mükafat əldə ediblər.
Komandamız 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında birinci yeri tutub.
saytlarin hazirlanmasi
