Millimizin üzvü oynadı, komandası uduzdu

10:34 - 9 Mart 2026

Azərbaycan millisinin üzvü Ozancan Kökçünün formasını geyindiyi "Volendam" Niderland çempionatında növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Kökçünün komandası "Neymegen"in qonağı olub.

Bu görüşdə "Volendam" 0:3 uduzub. Ozan bu görüşdə start heyətdə yer alıb və 84-cü dəqiqədə əvəzlənib.

“Volendam” 26 turdan sonra 27 xalla 14-cü sıradadır.

Xəbər xətti