Bu gün Misli Premyer Liqasında 23-cü tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə cəmi bir görüş baş tutub.
"Sabah" "Qəbələ"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqası
23-cü tur
19:15 “Sabah” - “Qəbələ” 7:1 (İkinci hissə)
Qollar: Coy Lens Mikels, 10, Aleksey İsayev, 24, Coy Lens Mikels, 33, Kahim Parris, 40, Aron Maluda, 53, Cesse Sekidika, 63, Rəhman Daşdəmirov, 77 - Adriel Ba Lua, 87
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
