Viktor Osimhen “Qalatasaray” azarkeşlərinin mesajından çox təsirlənib.
Sportal.az xəbər verir ki, İstanbul klubunun azarkeşləri Çempionlar Liqasındakı “Liverpul” oyunu(1:0) öncəsi tribunada banner açmışdılar. Bannerdə nigeriyalı futbolçu qızı qucağında, kiçik özünü isə əlindən tutmuş halda təsvir olunmuşdu, həmçinin Viktorun iki-üç yaşında ikən dünyasını dəyişmiş anasının şəkli də yer almışdı.
Bannerin altında isə yazılmışdı: “Biz bir ailəyik və ailə hər şeydir.”
Bunu görən Osimhen göz yaşlarını saxlaya bilməyib. Komanda yoldaşları onu dəstəkləyərək çiyinlərinə toxunmuş və əlini sıxmışdılar.
saytlarin hazirlanmasi
