"Əgər biz "Mançester Siti"ni turnirdən kənarlaşdırmaq istəyiriksə..." - Arbeloa

22:56 - 10 Mart 2026

Alvaro Arbeloa Kilian Mbappenin sağlamlıq problemləri və Vinisius Juniorun "Real" üçün əhəmiyyəti barədə danışıb.

Sportal.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi öz açıqlamasında bunları qeyd edib:

“Mbappe özünü xeyli yaxşı hiss edir. Son həftələrdə sizə dediyim kimi, bu proses günbəgün irəliləyir və onun necə inkişaf etdiyini izləmək lazımdır. Bu həftə bütövlükdə çox müsbət keçdi və o, Parisdən Madridə çox yaxşı hisslərlə qayıtdı. Hər gün vəziyyəti yaxşılaşır və biz yaxın vaxtlarda onun qayıdışını gözləyirik.

Kim meydana çıxsa da, o burada olduğu müddətdə bizim üçün çox vacib olacaq. Biz dünyanın ən yaxşıları sırasında layiqincə yer alan bir neçə əsas oyunçumuzu itirmişik. Vinisius Junior böyük məsuliyyəti öz üzərinə götürür və hücumda əsas dayağımızdır. Əgər biz "Mançester Siti"ni turnirdən kənarlaşdırmaq istəyiriksə, onun ən yüksək səviyyədə oynaması lazımdır”.

Xəbər xətti