Millimizin forvardı ABŞ-də - bu gün yeni komandasının düşərgəsinə qoşulacaq

11:34 - 9 Mart 2026

“Kolumbus Kryu”nun azərbaycanlı hücumçusu Nəriman Axundzadə artıq ABŞ-yə çatıb.

Sportal.az xəbər verir ki, o, bu gün yeni komandasının düşərgəsinə qoşulacaq.

21 yaşlı forvard tezliklə rəsmi olaraq ictimaiyyətə təqdim ediləcək.

Xatırladaq ki, millimizin forvardı fevralın əvvəlində Ohayo təmsilçisi 3,5 illik müqavilə imzalamışdı.

Xəbər xətti