Kilian Mbappe zədədən sonra meydana qayıtmağa doğru daha bir addım atıb.
Sportal.az xəbər verir ki, "Real"ın fransalı hücumçu komanda ilə birlikdə məşq edib.
Futbolçu ötən həftə Parisdə dizindən keçdiyi tibbi müayinələrdən sonra məşqlərə qoşulub. Buna baxmayaraq, Mbappenin qarşıdakı oyunlarda iştirakı hələ də sual altındadır.
27 yaşlı forvardın UEFA Çempionlar Liqası 1/8 final mərhələsində "Mançester Siti"yə qarşı keçiriləcək ilk oyunu buraxacağı gözlənilir. Həmçinin onun İngiltərədə baş tutacaq cavab matçında da meydana çıxa bilməməsi riski var.
Qeyd edək ki, Kilian Mbappe cari mövsümdə "Real" forması ilə meydana çıxdığı 33 rəsmi matçda 38 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
