Almaniya klubu baş məşqçisi ilə yollarını ayırdı

20:22 - 8 Mart 2026

"Volfsburq" baş məşqçisi Daniel Bauerlə yollarını ayırıb. 

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniya təmsilçisi 43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, "Volfsburq" Bundesliqada 25 turdan sonra 20 xalla 17-ci pillədə qərarlaşıb. 

Xəbər xətti