"Qaradağ Lökbatan"dan 4 cavabsız qol - VİDEO

23:13 - 10 Mart 2026

Futbol üzrə Azərbaycan II Liqasında XVII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, səfərdə "Ağdaş"ın qonağı olan "Qaradağ Lökbatan" 4 cavabsız qolla qalib gəlməyi bacarıb.

Qeyd edək ki, "Qaradağ Lökbatan" 45 xalla liderliyi ələ keçirib. Eyni xala malik "Xankəndi" isə 1 oyun əksiklə 2-ci pillədə yer alıb. "Ağdaş" isə 13 xalla 11-cidir. 

II Liqa, XVII tur

10 mart

"Ağdaş" - "Qaradağ Lökbatan" 0:4
Qollar: 
V.Hüseynov, 19, T.Nəsibov, 32, 34, 57
Qırmızı vərəqə: V.Nəsirov, 81 ("Ağdaş")

Xəbər xətti