Vernidubun Berdiyevlə görüşməsi Ukraynada xoş qarşılanmadı - FOTO

15:59 - 10 Mart 2026

"Neftçi" Misli Premyer Liqasının 23-cü turunda doğma meydanda "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssisin matçdan sonra Rusiyadan olan rəqib həmkarı Kurban Berdiyevlə görüşməsi ölkəsində xoş qarşılanmayıb.

"Football.ua" saytı məsələ ilə bağlı bunları qeyd edib:

"Ukraynalı mütəxəssis Yuri Vernidub Azərbaycan çempionatında "Neftçi" ilə "Turan Tovuz" arasında keçirilən oyundan sonra qalmaqalın mərkəzinə düşüb.

Onun komandası 0:1 hesabı ilə məğlub olduğu görüşdən sonra "ağ-qaralar"ın baş məşqçisi rəqib komandanı çalışdıran Kurban Berdiyevlə əl sıxıb. Həmin an oyundan sonrakı hadisələri əks etdirən videoya düşüb.

Berdiyev türkmən əsilli rusiyalı məşqçidir. O, daha əvvəl müvəqqəti işğal olunmuş Mariupol şəhərinə səfəri ilə rezonans doğurmuşdu. Həmin səfər zamanı Berdiyev rus hərbçiləri ilə görüşmüşdü.

Məsələ əlavə diqqət çəkib. Çünki Vernidub Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayanda Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmuşdu".


Xəbər xətti