Ayağı açılan Musa Qurbanlı daha bir qol vurub. "Araz-Naxçıvan"la oyunda Montiellə əla kombinasiya quran forvard topu tora göndərib.
Yeri gəlmişkən, əksər hallarda olduğu kimi, Musa bu dəfə də oyuna sonradan daxil olaraq fərqlənməyi bacarıb. Bu, Qurbanlının Misli Premyer Liqasında ardıcıl 3-cü qolu olub. O, əvvəlki 2 turda "Sabah" və "İmişli"nin də qapısına yol tapıb. Bu ərəfədə Musa Qurbanlı Bizon Azərbaycan Kubokunun 1/4 finalında "Şamaxı" ilə ilk matçda da fərqlənib.
"Qarabağ"ın hücumçusunun performansı yığma komandamızın baş məşqçisi Ayxan Abbasovu sevindirməyə bilməz. Millimizin digər hücumçuları Renat Dadaşov və Mahir Emrelinin karyerası hələ ki uğurlu deyil. ABŞ-yə yollanan Nəriman Axundzadəyə uyğunlaşmağa zaman lazım olacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası martın 27 və 30-da "FİFA Series-2026" tirnirində iki oyun keçirəcək. Birinci matçda rəqibimiz Sent Lusiya yığması olacaq. Digər cütün oyununda isə Oman və Syerra-Leone yığmaları üz-üzə gələcək. Bakıda keçiriləcək turnirdə martın 30-da qaliblər və məğlublar bir-biriylə qarşılaşacaq.
Sportal.az
saytlarin hazirlanmasi
