Rusiyada çıxış edən həmyerlimiz milli komandamızın növbəti toplanışına dəvət edilə bilər

13:12 - 25 Yanvar 2026

AFFA “SKA-Xabarovsk”da çıxış edən İslam İmamovu milliyə cəlb etməkdə israrlıdır. 

Sportal.az saytına verilən məlumata görə, millinin məşqçilər korpusu Rusiyada çıxış edən həmyerlimizi izləyəcək. 

Belə ki, onun performansı məşqçilər korpusunu razı salacağı təqdirdə, İmamov milliyə cəlb olunacaq.

24 yaşlı qolkiper hətta klub karyerasına da Azərbaycanda oynamağa hazırdır. İmamov “İjorets-İnkon”, “Legion Dinamo”, “Zvezda”, “Kuban Holdinq”in qapısını qoruduqdan sonra 2022-ci ildə “SKA-Xabarovsk”a keçib və klubla müqaviləsi mövsümün sonuna qədərdir. 

Onun mövsümün sonunda “SKA-Xabarovsk”dan ayrılaraq Premyer Liqa klublarımızdan birinə keçəcəyi də gözlənilir. 

Əlavə edək ki, Azərbaycan milli komandasının növbəti toplanışının mart ayında təşkil olunacağı ehtimal edilir. Belə ki, həmin vaxtı Bakıda “FIFA series” turniri baş tutacaq.

Milli komandamızın həmin turnirdəki rəqibləri də artıq müəyyənləşib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin rəqibləri Oman, Syerra Leone və Sent Lusia olacaq.

Bütün oyunlar mart ayında paytaxtımızda baş tutacaq.

Xəbər xətti