"Qəbələ" Misli Premyer Liqasının 17-ci turunda səfərdə "Şamaxı"nı 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi George Çixradze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Komandanı təbrik edirəm. Oyuna çox yaxşı hazırlaşmışdıq. Bilirdik ki, möhkəm kollektivə qarşı oynayacağıq. Ayın 4-ü təlim-məşq toplanışına başladıq. Bütün hazırlığı məhz birinci oyuna uyğun qurmuşduq. "Şamaxı" mövsümün əvvəlində oynadığı sistemi sonradan dəyişmişdi. Ona görə də rəqibin hər iki oyun sistemini təhlil etmişdik. Yeni transferlərimiz bu gün çox yaxşı təsir bağışladılar. Onlar artıq komandaya uyğunlaşıblar.
- Seydina Keyta mərkəz müdafiəçisi olsa da, bu gün yarımmüdafiədə oynadı. Onu gələcəkdə hansı mövqedə düşünürsünüz?
- Keytanı məcburiyyətdən həmin mövqedə oynatdıq. Hələ də dayaq yarımmüdafiəçisi mövqeyinə futbolçu gözləyirik. Xayme cəzalı durumda olduğu üçün bu gün orada Keyta oynadı. Bu gün pis təsir bağışlamadı.
- Son günlərdə Turan Manafovun adı "Qəbələ" ilə hallanır. Bu futbolçu ilə maraqlanırsız?
- Bəli, bu transferin üzərində çalışırıq. Təcrübəli yerli oyunçudur. Amma hələ ki transfer rəsmiləşməyib. Danışıqlar davam edir.
- Demək olar ki, "Qəbələ" yayda edə bilmədiyi transferləri qışda etdi?
- Bütün komandaların güclınməyə ehtiyacı var, xüsusən də, birinci liqadan gələn komandasansa. Sadəcə olaraq, mövsümün ilk yarısında çalışdıq ki, birinci liqadan yüksələrkən bizimlə olan futbolçuları qoruyaq. Amma gedişat onu göstərdi ki, güclənməyə ehtiyac var. Premyer Liqada yerimizi qorumağa çalışırıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi
