"Qalatasaray" La Liqadan futbolçu gətirir

10:51 - 24 Yanvar 2026

"Qalatasaray" Noa Lanqdan sonra daha bir futbolçunun keçidini yekunlaşdırmaq üzrədir.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi Yaser Asprilyanı icarəyə götürmək üçün "Jirona" ilə razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Müqavilədə müəyyən şərtlər daxilində işə düşəcək 23 milyon avroluq satınalma bəndi yer alacaq. Bu, oyun sayı ilə bağlıdır. Kolumbiyaa millisinin üzvü yaxın günlərdə Türkiyəyə gedib "Qalatasaray"la sözləşmə imzalayacaq.

Qeyd edək ki, "Jirona" Yaser Asprilyanı 2024-cü ilin yayında "Uotford"dan 18 milyon avroya transfer edib. 22 yaşlı vinger bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti