"Səbail"in Rəhman Hacıyev müəmması - Adil Şükürov 2 həftə əvvəl başqa cür danışırdı

12:26 - 25 Yanvar 2026

Yanvarın 3-də saytımızda Rəhman Hacıyevin "Səbail"dən ayrılacağı ilə bağlı xəbər getmişdi. Lakin bu xəbərdən 3 gün sonra Adil Şükürov başqa sayta açıqlamasında Rəhman Hacıyevin gedişinin gündəmdə olmadığını, bunu mümkünsüz hadisə kimi təsvi etmişdi. 

Cəmi iki həftə sonra Rəhman Hacıyev "Səbail"dən getdi. Biz yazdığımız kimi oldu gedişat. Amma məsələ bunda deyil. Maraqlıdır ki, 2 həftəyə nə dəyişdi ki, Adil Şükürovun danışdıqları boş söz yığınağına çevrildi...

Deyə bilərlər ki, Premyer Liqa klubundan təklif gəldiyi üçün buraxıblar onu. Bəlkə də, ya müqavilədə belə bənd olub, ya şifahi razılığı varmış rəhbərliklə bu məsələdə. Əlbəttə, ola bilər. 

Amma belə bir məsələ var idisə, rəhbərlik Adil Şükürovu da xəbərdar etməliydi ki, o da danışanda daha ehtiyatlı səsləndirsin fikirlərini. Yoxsa ki, sözününü ağırlığı cəmi iki həftə çəkirsə, bir məşqçi kimi onun imicinə çox zərbə dəyəcək bu gedişlə. 

Qeyd edək ki, bir neçə gün əvvəl "Kəpəz"ə keçən Rəhman Hacıyev artıq yeni klubunda debüt edib. O, "Qarabağ"la oyunun 62-ci dəqiqəsində meydana daxil olub. "Kəpəz" 2:0 hesablı qələbə qazanıb.

Sportal.az

Xəbər xətti