"Çelsi" icarədə olan futbolçusunu qaytardı - RƏSMİ

17:29 - 26 Yanvar 2026

"Çelsi" "Borussiya"ya icarəyə verdiyi Aaron Anselminonu geri çağırıb.

Sportal.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa nəhəngi argentinalı futbolçunun icarə müqaviləsinə vaxtından əvvəl xitam verib. 20 yaşlı mərkəz müdafiəçisi mövsümün ikinci yarısında "Çelsi"nin formasını geyinəcək.

Qeyd edək ki, "Borussiya" Aaron Anselminonu mövsümün əvvəlində icarəyə götürmüşdü. Argentina U-20 millisinin üzvü Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti