"Tottenhem" "Liverpul"dan Endryu Robertsonu heyətinə qatmağı planlaşdırır.
Sportal.az "Daily Mail”ə istinadən xəbər verir ki, artıq potensial keçid üçün təzminat da açıqlanıb.
Hazırda tərəflər arasında danışıqlar gedir və keçidin yaxın günlərdə baş tutması gözlənilir. “Tottenhem”in 31 yaşlı futbolçu üçün qarşı tərəfədə 5 milyon funt sterlinq ödəyəcəyi gözlənilir.
Bu mövsüm Robertson bütün yarışlarda 22 matçda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Xatırladaq ki, "Liverpul" Çempionlar Liqasının 8-ci turunda "Qarabağ"ın rəqibidir.
