"Latsio"dan Premyer Liqaya - 3 milyon avroya

00:57 - 25 Yanvar 2026

"Latsio"nun qapıçısı Xristos Mandas "Bornmut"a keçəcək.

Sportal.az xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, klublar 24 yaşlı futbolçunun transferini razılaşdırıb və sənədləri tamamlayıblar. İngiltərəlilər Mandası icarəyə götürəcək və 3 milyon avro ödəyəcəklər. Əməliyyat həmçinin 18 milyon avroluq satınalma hüququnu da əhatə edir; bu məbləğ oynanacaq matçlardan asılı olaraq məcburi ola bilər.

Cari mövsümdə Xristos yalnız İtaliya Kubokunda 1 oyunda iştirak edib.

Xəbər xətti