Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının əsas mərhələsinin 7-ci turunun Berndə "Yanq Boyz" - "Lion" oyununu idarə edib.
Sportal.az xəbər verir ki, Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli, eləcə də dördüncü hakim Tural Qurbanovun kömək etdiyi oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağayev hər iki komandaya ümumilikdə altı sarı vərəqə göstərib.
O, görüşün 61-ci dəqiqəsində ofsayd səbəbindən İsveçrə klubunun qolunu qeydə almayıb.
saytlarin hazirlanmasi
