"İmişli" Qubaya köçəndən bəri ölkə futbolunda yenidən 90-cı illərin görüntüsünə qayıtmış olduq. O vaxtlar yaxşı qazon bir neçə arenadaydı, əksər meydançalar bostanlığa bənzəyən ot sahələri kimi idi.
Hələ "İmişli"nin ilk matçlarından görünürdü ki, Quba stadionunun meydançası Premyer Liqa standartlarına uyğun gəlmir. Keyfiyyətsiz ot örtüyündə yaradıcı futbol oynamaq demək olar ki, mümkünsüzdür. Futbolçular belə meydançada topu ayağında saxlamaq, bir neçə ötürmə verməyə belə çətinlik çəkirlər. Bu, haradasa "İmişli"yə sərf eləyir. Daha çox güc futboluna üstünlük verib, standart vəziyyətlərdən, hava ötürmələrindən sonra qol vurmağa alışan nominal meydan sahibləri belə qazonda rəqiblə nisbətdə özünü daha rahat hiss edir.
Klublar ümid edirdi ki, qış fasiləsindən sonra qazonu yaxşı vəziyyətə gətirmək mümkün olacaq. Lakin bu gün keçirilən "İmişli" - "Araz-Naxçıvan" matçında gördük ki, dəyişən heç nə yoxdur. Yenə palçıq, yenə bərbad ot örtüyü... Bu biabırçılığa son qoyan olacaqmı?
Qeyd edək ki, "İmişli" - "Araz-Naxçıvan" oyunu 2:2 hesabı ilə başa çatıb.
saytlarin hazirlanmasi
