İtaliyanın "Roma" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, paytaxt klubu "Cenoa"dan Lorentso Venturinonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya U-21 millisinin üzvü yaya qədər "Roma"nın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Lorentso Venturino "Cenoa"nın yetirməsidir. 19 yaşlı vinger bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
