"Fənərbaxça"dan İstanbulun digər klubuna

13:19 - 24 Yanvar 2026

"Fənərbaxça" yarımmüdafiəçi Bartuğ Elmazı icarəyə verib.

Sportal.az xəbər verir ki, "sarı-göylər" türkiyəli futbolçunu "Fatih Karagümrük"ə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı dayaq yarımmüdafiəçisi 30 iyun tarixinədən "Fatih Karagümrük"ə məxsus olacaq.

Qeyd edək ki, "Fənərbaxça" Bartuğ Elmazı 2023-cü ilin yayında "Marsel"dən 1,4 milyon avroya transfer edib. Türkiyə U-21 millisinin sabiq üzvü mövsümün ilk yarısında Super Liqada 5 matçda meydana çıxıb.

Xəbər xətti