"İnter"in müdafiəçisi Tomas Palasios "Estudiantes"ə keçəcək.
Sportal.az xəbər verir ki, klublar 22 yaşlı futbolçunun satınalma hüququ ilə icarəyə verilməsi barədə razılığa gəliblər. Palasiosun özü də bu keçidə razılıq verib. Argentinalılar futbolçunun transfer hüququnu 6–7 milyon avroya ala biləcəklər.
Qeyd edək ki, bu mövsüm argentinalı müdafiəçi "neradzurri"nin heyətində hələ heç bir oyunda iştirak etməyib.
saytlarin hazirlanmasi
