"Roma" futbolçusu Tommazo Baldantsini icarəyə verib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi italiyalı hücumameyilli yarımmüdafiəçini "Cenoa"ya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı ön xətt oyunçusu mövsümün ikinci yarısını "göy-qırmızılar"ın heyətində keçirəcək.
Qeyd edək ki, "Roma" Tommazo Baldantsini 2024-cü ilin yayında "Empoli"dən transfer edib. İtaliya U-21 millisiinin üzvü bu mövsüm "canavarlaar"ın heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
