"Milan" fransalı qolkiper ilə razılığa gəldi - 5 illik müqavilə

22:14 - 24 Yanvar 2026

"Milan" və Mayk Menyan müqavilənin uzadılması barədə razılığa gəliblər.

Sportal.az xəbər verir ki, fransalı qapıçının İtaliya klubu ilə yeni müqaviləsi 2031-ci ilə qədər qüvvədə olacaq. Müqavilənin rəsmiləşdirilməsi üçün tərəflərin yalnız formal addımları atması qalıb. "Rossonerlər” Menyanı komandanın əsas oyunçularından biri hesab edir.

Qeyd edək ki, cari mövsümdə A Seriyasında 30 yaşlı qolkiper 20 matç keçirib və 16 qol buraxıb.

Xəbər xətti