"Karvan-Yevlax" Füzuli Məmmədovun təyinatını açıqladı

14:15 - 23 Yanvar 2026

"Karvan-Yevlax" Füzuli Məmmədovun əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunduğunu açıqlayıb.

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bir müddət klubda məşqçi kimi fəaliyyət göstərən 48 yaşlı mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb. Məmmədovla yanaşı, onun məşqçi heyəti yaya qədər komandada çalışacaq.

Qeyd edək ki, "Karvan-Yevlax" Azər Həşimovla yollarını ayırıb. Yevlaxlılar Premyer Liqada 16 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti