"Turan Tovuz"da baxışda olan Vaxıt Orazsaxedov Tovuz klubunun düşərgəsində qalmayıb.
Sportal.az saytına verilən məlumata görə, türkmənistanlı forvard Kurban Berdiyevin etimadını qazana bilməyib.
Vaxtı ilə “Səbail”də də oynamış türkmənistanlı hücumçu “Turan Tovuz”a keçməyə yaxın olsa da, bu şansdan istifadə etməyi bacarmayıb.
Belə ki, Berdiyev həmyerlisindən istənilən performansı görə bilmədiyi üçün onun keçidinə razılıq verməyib.
Türkmənistanın “Altın Asır” klubuna məxsus olan 33 yaşlı hücumçu “Turan”(Qazaxıstan), “İstiqlol”(Tacikistan), “Dordoy”(Qırğızıstan), “Səbail”(Azərbaycan), “Ahal”, “Aşqabat”(Türkmənistan), “Nefteximik”, “Rostov”(Rusiya), “Daçiya”(Moldova) klublarında oynayıb.
saytlarin hazirlanmasi
