Federasiya braziliyalını milliləşdirməkdə israrlıdır - sənədləşmə prosesi sürətləndirildi

11:22 - 25 Yanvar 2026

Ukrayna milli komandası braziliyalı futbolçunu milliləşdirməyə yaxındır.

Sportal.az “ESPN”ə istinadən xəbər verir ki, “Şaxtyor”un(Donetsk)yarımmüdafiəçisi Pedrinyo Ukrayna pasportu almağın son mərhələsindədir. 

Sergey Rebrovun rəhbərlik etdiyi Ukrayna milli komandasının məşqçilər heyətinin nümayəndələri artıq 27 yaşlı yarımmüdafiəçi ilə əlaqə saxlayaraq onun milli komandada oynamaq imkanlarını müzakirə ediblər. Pedrinyonun milli komandanın heyətinə mümkün qədər tez daxil edilməsi üçün Ukrayna Futbol Federasiyası tərəfindən sənədləşmə prosesi sürətləndirilib.

Braziliyalının martın 26-da İsveçə qarşı keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin pley-off oyununa dəvət edilməsi gözlənilir. 

Qeyd edək ki, Pedrinyo 2021-ci ilin yayından bəri "Şaxtyor"un formasını geyinir. 27 yaşlı futbolçu əvvəllər “Korintians”, “Benfika” və “Atletiko Mineyro” klublarında da çıxış edib. 
 

Xəbər xətti