Çempionlar Liqasının liqa mərhələsində 8-ci turunda keçiriləcək "Liverpul" - "Qarabağ" görüşünün baş hakimi açıqlanıb.
Sportal.az xəbər verir, qarşılaşma slovakiyalı FIFA referisi İvan Krujlyaka tapşırılıb. Onun köməkçiləri Branislav Hantsko ilə Yan Pozor olacaqlar. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.
VAR-da niderlandlı Pol van Boekel, AVAR-da Yan Boterberq əyləşəcəklər.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi
