"Sabah" əvəzedici komandanın üzvü olan Stefen Endeni Premyer Liqanın sifariş vərəqəsinə daxil edib.
Sportal.az saytı xəbər verir ki, Ende bu mövsüm "Sabah"ın sifariş etdiyi sayca 15-ci legioneri olub. Klub 19 yaşlı oyunçuya görə 100 min manat rüsum ödəyib.
Qeyd edək ki, Stefan Ende "Sabah"ın qış hazırlığı çərçivəsində "Şamaxı" ilə yoldaşlıq oyununda iştirak edib. "Sabah"ın 2:0 hesablı qələbə qazandığı oyunda qollardan birinin müəllifi məhz Ende olub.
saytlarin hazirlanmasi
