"Sabah" Azərbaycan yüksək dəstəsində 20-ci böyükhesablı qələbəsini qazanıb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının XVII turuna təsadüf edib. "Bayquşlar""Karvan-Yevlax"ı 4:1 hesabı ilə üstələyib. Bu, Bakı klubunun yüksək dəstədə 20-ci böyükhesablı qələbəsidir.
Paytaxt təmsilçisi 11 dəfə evdə, 9 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qalib gəlib. "Sabah" 20 və ya daha çox oyunda belə qələbə qazanan 15-ci komandadır. Onlar bu göstəricidə "ANS-Pivani"yə çatıb. Qeyd edək ki, "Sabah" ilk belə qələbəsini 2019-cu il sentyabrın 29-da qazanıb. "Səbail"lə ev matçında 3 cavabsız qol vurulub.
saytlarin hazirlanmasi
