İspaniyalı vinger Londonda klubunu dəyişəcək

16:06 - 24 Yanvar 2026

"Fulhem"in futbolçusu Adama Traore Londonda klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Vest Hem" ispaniyalı vingerin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər transferin bütün əsas şərtləri üzərində razılığa gəliblər. Yaxın zamanda sənədlərin mübadiləsi və 29 yaşlı futbolçunun tibbi müayinəsi nəzərdə tutulur.

Qeyd edək ki, Adama Traore 2023-cü ilin yayından "Fulhem"də çıxış edir. İspaniya millisinin sabiq üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti