"Turan Tovuz"un futbolçusu üçün yubiley qolu

11:22 - 26 Yanvar 2026

"Turan Tovuz"un futbolçusu Rəhim Sadıxov Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu qolunu vurub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XVII turuna təsadüf edib. Sadıxov "Sumqayıt"la ev oyununda qələbə topunun müəllifi olub - 2:1.

O, 30-cu qolunu 185-ci matçında vurub. Yarımmüdafiəçi "Sumqayıt"da 17, "Zirə"də 10, "Turan Tovuz"da 3 dəfə fərqlənib. Sadıxov çempionatın tarixində yüksək liqada 30 və daha çox qol vuran 104-cü futbolçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov, Orxan Əliyev və Valter Quqlemonla 100-cü yerə şərikdir.

Xəbər xətti