"Qarabağ"ın legioneri Aleksey Kaşuk Ağdam klubunu tərk edə bilər.
Sportal.az saytına verilən məlumata görə, ukraynalının təklifləri çoxdur.
Ona Səudiyyə Ərəbistanı, Polşa və İsrail klublarından dəvətlər gəlib.
Kaşukun ABŞ-a yollanaraq, MLS klublarından birinə keçmək ehtimalı da yüksəkdir. Hazırda 25 yaşlı futbolçu həmin təkliflər arasında seçim edir.
Onun qış “transfer pəncərəsi” zamanı “Qarabağ”ı tərk edə biləcəyi gözlənilir.
Qeyd edək ki, Kaşukun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2024-cü il mart ayından Ağdam klubunun formasını geyinir.
“Şaxtyor”un yetirməsi olan Aleksey “Maripol” və “Sabah” klublarında çıxış edib.
