"Turan Tovuz" icarəyə götürdüyü futbolçunu qaytardı - RƏSMİ

17:26 - 27 Yanvar 2026

"Turan Tovuz" və futbolçu Abdulla Rzayevlə bağlanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Sportal.az xəbər verir ki, bu barədə Qərb bölgəsi təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İcarə əsasında komandada çıxış edən futbolçu müqavilə ilə məxsus olduğu "Sabah" klubuna qayıdıb. Klub Abdulla Rzayevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzu edib.

Qeyd edək ki, Abdulla Rzayev "Turan Tovuz"un heyətində 4 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti