Azərbaycan millisinin sabiq üzvü Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.
Sportal.az xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən CEV Kubokunun pley-off mərhələsinin oyununda iştirak edəcək. Hazırda Azərbaycanın kişilərdən ibarət millisinin meneceri kimi çalışan Parxomenko yanvarın 27-də İstanbulda təşkil olunacaq "Qalatasaray" (Türkiyə) - "Alyans MTV" (Almaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.
Oyunun baş hakimləri portuqaliyalı Nuno Maya və kiprli Andreas Daniil olacaq. Qeyd edək ki, Yelena Parxomenko daha əvvəl CEV Kubokunun 1/16 final mərhələsinin "THY İstanbul" – "Avarka Menyorka" (İspaniya) oyununda iş başında olub.
saytlarin hazirlanmasi
