"Lion" hücumçu "Real"ın futbolçusu Endrikin icarə müddətini uzatmaq istəyir.
Sportal.az ESPN-ə istinadən xəbər verir ki, "Lion"un baş məşqçisi Paulo Fonseka braziliyalı futbolçudan heyran qalıb və klub rəhbərliyindən "Real"la danışıqlara başlayaraq icarəni 2026/27 mövsümünün sonuna qədər uzatmağı xahiş edib. Qeyd olunur ki, Endrikin icarəsinin uzadılması “kolossal səylər” tələb edəcək, bu mərhələdə isə futbolçunun tam transferi istisna olunur.
Endrikin mövcud icarə müqaviləsi mövsümün sonunda başa çatır və satınalma hüququnu nəzərdə tutmur. Bununla yanaşı, "Lion" və "Real" futbolçunun maaş ödənişlərini öz aralarında bölüşdürürlər.
Qeyd edək ki, bazar günü Endrik Liqa 1-də "Mets"ə qarşı oyunda (5:2) het-trik edib. Ümumilikdə 19 yaşlı futbolçunun "Lion"un heyətində keçirdiyi 3 oyunda 4 qol və 1 məhsuldar ötürməsi var.
