"Çelsi" "Şeffild Uensdey"dən müdafiəçi Yisa Alaonu transfer edib.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Mavilər" ingiltərəli futbolçu üçün onun klubuna 575 min avro təzminat ödəyib. 17 yaşlı sol cinah müdafiəçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Yisa Alao "Şeffild Uensdey"ın yetirməsidir. Gənc oyunçu bu mövsüm Çempionşip təmsilçisinin əsas komandasının heyətində 5 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
