"Qalatasaray" Avstriya millisinin üzvü ilə yollarını ayırdı

16:34 - 26 Yanvar 2026

"Qalatasaray" futbolçusu Yusuf Demirlə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

İstanbul nəhəngi Avstriya U-21 millisinin üzvü ilə mövsümün sonuna başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Klub 22 yaşlı vingerin sözləşməsinin sonuna qədər olan maaşını ödəyib.

Qeyd edək ki, "Qalatasaray" Yusuf Demiri 2022-ci ilin yayında "Rapid"dən transfer edib. O, cari mövsümdə "sarı-qırmızılar"ın heyətində 3 rəsmi matçda 125 dəqiqə meydanda olub.

Xəbər xətti