İngiltərədə oynamış “Turan Tovuz”un yeni transferinə baxın - VİDEO

13:22 - 27 Yanvar 2026

“Turan Tovuz” iki gün öncə yeni transferini açıqlayıb. Bölgə təmsilçisi vaxtı ilə “Suonsi”nin formasını geyinmiş Coş Ginnelli ilə anlaşıb. 28 yaşlı ingilislə 1,5 + 1 illik müqavilə bağlanıb.

Son olaraq Çempionşipdə “Suonsi”nin formasını geyinmiş Ginnelli karyerası ərzində vətənində “Şrusberi”, “Börnli”, "Altrinhem", “Linkoln”, “Tranmer”, “Uolsol”, “Preston”, “Bristol Rovers”, “Harts”ın şərəfini qoruyub.

Sportal.az “Turan Tovuz”un yeni futbolçusunun “Suonsi”dəki oyunlar zamanı göstərdiyi performans videosunu təqdim edir:

Xəbər xətti