Kurban Berdiyevdən başsağlığı

18:40 - 27 Yanvar 2026

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Rusiya millisinin keçmiş çalışdırıcısı Boris İqnatyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis həmkarının ölümünün böyük itki olduğunu bildirib:

"Boris İqnatyevin  vəfatı Rusiya futbolu, doğmaları və yaxınları üçün böyük itkidir. Bizim dostluğumuzun tarixi çox əvvəllərə dayanır. Dünyanın ən səmimi insanlarından biri idi. Onun insani keyfiyətləri haqda çox danışmaq olar. Mükəmməl ailə başçısı, ata və dost idi. Gənc futbolçuların inkişafında çox böyük əməyi olub. Onlarla peşəkar futbolçunu ölkə futboluna qazandırıb. Böyük  mütəxəssisi, gözəl qəlbli dostumuzu itirdik".

Xəbər xətti