"Qarabağ" ev oyunlarını Respublika Stadionunda keçirəcək

15:33 - 27 Yanvar 2026

“Qarabağ” futbol klubu Peşəkar Futbol Liqasına müraciət edərək, “Turan Tovuz” klubunun da  müvəqqəti ev oyununu keçirəcəyi “Azersun Arena”nın ot örtüyünün hazırda yaxşı vəziyyətdə olmaması və durumun daha da ağırlaşması hallarından qorunması məqsədilə 1 fevral tarixindən etibarən ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə şərait yaradılmasını xahiş edib. 

Sportal.az xəbər verir ki, stadionun hazırki durumu, “Qarabağ” klubunun müraciəti və ümumi infrastruktur şəraitinin daha yaxşı saxlanılmasının önəmini rəhbər tutan Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunlarının 1 fevral tarixə təyin olunan “Turan Tovuz” görüşündən etibarən növbəti bildirişə qədər Tofiq  Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib.

Görüşün başlama saatı və günü ilə bağlı dəyişiklik yoxdur.

Xəbər xətti