"Bavariya"nın sabiq müdafiəçisi idman direktoru təyin edildi

00:12 - 27 Yanvar 2026

"Bavariya" və "Şalke"nin sabiq müdafiəçisi Rafinya "San-Paulu"da rəhbər vəzifəyə təyin olunub.

Sportal.az xəbər verir ki, bu gün Braziliya klubu 2025-ci ilin iyulunda karyerasını başa vurmuş 40 yaşlı sabiq futbolçunun idman direktoru vəzifəsinə gətirildiyini açıqlayıb. Rafinya bu barədə açıqlama verib:

"Bu, mənim üçün böyük çağırışdır. Mən futbolda doğulmuşam, bu mühitdə olmaqdan həzz alıram və "San-Paulu" məni çağıranda bunu bir çağırış kimi qəbul etdim. Mən məşqçi heyəti ilə idarə heyəti arasında əlaqə rolunu oynayacağam, hər gün oyunçularla birgə olacağam."

Xəbər xətti